Bolqarıstandakı səfir geri çağırılıb
Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb.
Mövzu ilə bağlı siyasi Şərhçi Aydın Quliyev bildirib ki, Bolqarıstanda Azərbaycan səfirinin kimliyini və təyinatın zamanı ölkənin prezidenti yəqin ki, müəyyənləşdirəcək:
“Təkcə onu demək olar ki, Bolqarıstan Azərbaycan üçün çox əhəmiyyətli ölkədir. Dost ölkədir. Bu ölkədə Azərbaycan səfirliyinin diplomatik nümayəndəliyini təmsil eləmək o qədər mürəkkəb olmasa da, amma ən vacib bir səfirlikdir, nümayəndəlikdir. Yəqin ki, onu çox gecikdirməzlər. Ancaq Bolqarıstan, həm də Azərbaycanın Avropaya Yaşıl Enerji Dəhlizi layihəsinin həyata keçirilməsində də, önəmli ölkələrdən biridir. Yəqin ki, burada rotasiya var, çünki xeyli vaxtı mən özüm də indi informasiyaların içərisində olan bir şəxs kimi Bolqarıstanda Azərbaycanın səfirliyi ilə əlaqədar hər hansı bir fövqəladə vəziyyət haqqında informasiyaya malik deyilik. Deməli, orda hər şey normal olub, normal gedib. Azərbaycanın oradakı səfirinin dəyişdirilməsi çox güman ki, rotasiya qaydasında baş vermiş dəyişiklikdir və yəqin ki, yaxın vaxtlarda orada yeni səfirin təyinatı baş verəcək. Amma bütün hallarda dost ölkədir və və oradakı səfir təyinatı Azərbaycan üçün vacib və əhəmiyyətlidir“.

Reyhan Quliyeva