00:00:00
Yazar
Admin User
07.08.2025 16:09 109 1 dəq oxuma
Dünya

Bolqarıstanın cənubunda meşə yanğını ilə mübarizə davam edir

Bolqarıstanın cənubunda meşə yanğını ilə mübarizə davam edir

Bolqarıstanın cənubundakı Sakar dağlıq bölgəsində artıq ikinci gündür ki, böyük meşə yanğını davam edir. Alov təxminən 3 min hektar ərazini əhatə edib. İlkin versiyaya əsasən, yanğının səbəbi ehtiyatsızlıqla atılmış siqaret kötüyü olub.


Yanğının söndürülməsi əməliyyatına rəhbərlik edən Xaskovo vilayətinin qubernatoru Stefka Zdravkova mətbuat konfransında bildirib ki, gündüz saatlarında əsən güclü və isti küləklər xilasedicilərin işini xeyli çətinləşdirir.


Zdravkova qeyd edib ki, ötən gün alovlar beynəlxalq Maritsa avtomagistralını və eyniadlı çayı keçib, bu səbəbdən yolun bir hissəsi müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb.


Avtomobil axınının artması – xüsusilə də Türkiyədən Avropa ölkələrinə qayıdan turistlər səbəbilə – yol polisi Harmanli və Lyubimeç şəhərləri arasındakı yolda nəqliyyatı bir neçə saatlıq alternativ marşrutlara yönləndirməli olub.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər