00:00:00
Yazar
Səadət Əlizadə
18.05.2026 18:17 84 2 dəq oxuma
Dünya

Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib

Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib

Bu gün Bolt şirkəti Sea Breeze Resort-da ilk Azərbaycan Təhlükəsizlik Konfransını təşkil edib. 
 

Bu barədə "İnformator.az" xəbər verir.


Tədbirdə dövlət qurumlarının nümayəndələri, o cümlədən Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), AZCON, İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),sürücü tərəfdaşlar, tələbələr iştirak edərək yol təhlükəsizliyi və təhlükəsizlik standartlarının inkişafı mövzularını müzakirə ediblər.

 

Konfransın əsas məqsədi Azərbaycanda yol təhlükəsizliyi sahəsində maarifləndirməni artırmaq, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək və təhlükəsiz mobillik standartlarının inkişafına töhfə vermək olub. Tədbirin moderatorları Bolt-un Regional Dövlət əlaqələri üzrə Meneceri Yuliya Maliç və Bolt for Business üzrə Baş Meneceri Salman Babazadə olublar.

 

Tədbirin açılışında çıxış edən Bolt-un Dövlət əlaqələri üzrə Direktoru Tom Tuksvort (Tom Tuxworth) şirkətin təhlükəsizlik və uyğunluq sahəsində həyata keçirdiyi təşəbbüslərdən danışıb. 

 

Tom Tuksvort çıxışında Azərbaycanda tətbiq olunan təhlükəsizlik həllərinə də toxunub. Bildirilib ki, Bolt platformasında hər səfər sürücünün selfi təsdiqi ilə başlayır, bütün səfərlər real vaxt rejimində izlənilir və həm sürücülər, həm də sərnişinlər üçün tətbiqdaxili SOS funksiyası mövcuddur.

 

Bolt-un təqdim etdiyi məlumata görə, platformadakı səfərlərin 99.9%-i heç bir təhlükəsizlik insidenti qeydə alınmadan tamamlanır. Şirkət həmçinin qeyd edib ki, tətbiqdaxili təhlükəsizlik funksiyalarından istifadə davamlı olaraq artır. Hazırda sərnişinlərin təxminən yarısı səfər paylaşımı funksiyasından istifadə edir, 400 mindən çox istifadəçi “etibarlı əlaqə şəxslər” funksiyasını aktivləşdirib, audio səfər qeydi funksiyasının istifadəsi isə 40%-dən çox artıb.

 

Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti Vüsal Rəcəbli isə çıxışında yol təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sürücü davranışları və maarifləndirmənin əhəmiyyətini vurğulayıb. 

 

Tədbirdə çıxış edən AZCON-un Sistem Direktoru Samir Əliyev yol təhlükəsizliyi sahəsində mövcud çağırışlardan və sürücülərin gündəlik qarşılaşdığı problemlərdən danışıb. 

 

Tədbir çərçivəsində Qlobal Platformalarda təhlükəsizlik sahəsində  adlı sessiya keçirilib. Sessiyada Bolt nümayəndəsi Ketrin Merser (Katherine Mercer), qadın sürücü Gülnaz Kazımzadə, AmCham Təchizat Komitəsinin sədr müavini Paşayeva Maarifə və AMAK direktoru Vüsal Rəcəbli təhlükəsizliyi müzakirə ediblər.

 

#ilk #wuf #bakıda #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər