00:00:00
Yazar
Admin User
31.07.2023 09:24 277 1 dəq oxuma
Dünya

BQXK BMT-yə qarşı

BQXK BMT-yə qarşı

Bu gün Qarabağdakı erməniləri qayğı ilə əhatə edən Beynəlxalq Qırmızı Xaç Komitəsi itkin düşən 4 min azərbaycanlının taleyi ilə maraqlanmır. Bununla yanaşı beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisində fəaliyyət göstərib ona tabe olmur.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi faktiki olaraq Xankəndidəki missiyasını İrəvandan idarə edir. Halbuki Xankəndi Azərbaycanın ərazisidir və bu, BMT-nin qəbul etdiyi faktdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi bununla BMT-yə, ümumilikdə beynəlxalq hüquqa qarşı çıxmış olur. Politoloq İlyas Hüseynovun sözlərinə görə, digər tərəfdən Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanın ərazi bütövlüyünü pozur və humanitar missiyasını siyasiləşdirmiş olur. Çünki komitənin Xankəndindəki ofisinin Ermənistana bağlı olması Qarabağdakı separatçılara bu və ya digər formada dəstək, onların mövcudluğuna de-fakto tərəf çıxmaq deməkdir: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Azərbaycana bağlı olmalıdır, beynəlxalq hüquq da bunu tələb edir. Komitə də özünü beynəlxalq təşkilat hesab edirsə, subyektiv olduğu beynəlxalq hüququn tələblərinə əməl etməlidir. Əks təqdirdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi bağlanmalıdır, təşkilat bundan imtina edərsə, onun legitimliyi tanınmamalıdır”.

Aynurə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər