00:00:00
Yazar
Admin User
02.10.2025 18:25 171 3 dəq oxuma
Dünya

BQXK Qəzzada fəaliyyətini dayandırıb

BQXK Qəzzada fəaliyyətini dayandırıb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hərbi əməliyyatların genişlənməsi səbəbindən Qəzza şəhərində fəaliyyətini dayandıraraq əməkdaşlarını köçürüb. Qurum mülki əhaliyə yardımı Deyr əl-Balah və Rəfah ofislərindən davam etdirəcək.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında qeyd edib ki, Qəzzaya humanitar yardımın qarşısını alaraq, beynəlxalq təşkilatların qərarına qarşı çıxmaqla müsəlman soyqırımını şiddətləndirmək məqsədilə İsrail bütün vasitələrdən istifadə edir:

 

“BMT-nin qərarını ayaqlar altına ataraq bütün dünyəvi qanunları çeynəyir. Təhrif olunan dini mətnlərə əsaslanaraq "Böyük İsrail" xülyası ilə bütün dünyanı qana çalxalayıb. Əgər qəbul etsək ki, Allah Fələstində genosidə uğrayan məsum körpələrin yanındadır, onu da qəbul etməliyik ki, Netanyahu Allahla savaşır. İsrail donanması Qəzzaya yollanan "Global Sumud" donanmasının 19 gəmisini ələ keçirib, 25 Türkiyə vətəndaşını girov götürüb. İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzzaya humanitar yardım aparan və blokadanı yarmaq məqsədi daşıyan beynəlxalq donanmaya hücum etməsi bütün sərhədlərin aşılmasıdır. Hadisə nəticəsində 19 gəmi müsadirə olunub, 25 Türkiyə vətəndaşı isə həbs edilib. Beynəlxalq müşahidəçilər İsrailin bu addımını beynəlxalq hüququn kobud şəkildə pozulması və Qəzzaya qarşı tətbiq edilən blokadanın daha da sərtləşdirilməsi kimi qiymətləndiriblər".

 

Politoloqun sözlərinə görə, Pakistanın baş naziri bəyanat verərək hadisəni qətiyyətlə pisləyib:

 

“Avropada və dünyanın digər yerlərində kütləvi etiraz aksiyaları baş qaldırıb, insanlar bəşəriyyəti müdafiə edirlər. Trampın Qəzza planının alt qatında hansı məqsədlərin olduğu bir həftə ərzində üzə çıxacaq. Plan mətni Pakistana fərqli formada göndərilib. Rəsmən bildirilib ki, elan edilən tərkiblə bizə təqdim edilən mətnin məzmunu eyni deyil. Rusiya Xarici İşlər Nazirliyi İrana hərbi müdaxilə olacağı ehtimalını istisna etməyib. İranın da Şimali Koreya və Çindən hərbi mühümmat alaraq əsasən hava müdafiəsini qüvvətləndirdiyi deyilir. Hizbullah silahı yerə qoymayacağını bəyan edib. Həmasla bağlı, Qəzza ilə bağlı ABŞ-nin təqdim etdiyi planın tələ olması haqda Şərq aləmində müzakirə davam edir. İraqda 1 milyon məsum qətl etmiş Toni Bleyerin Qəzzaya “komendant” təyin edilməsi təklifi geniş müzakirələrə yol açıb. Artıq Beynəlxalq Qızıl Xaç Komitəsinin Qəzzada fəaliyyətini dayandırması İsrailin yaxın günlərdə əhalini kütləvi şəkildə genosidə uğratmaq planından xəbər verir. Çünki əhalini çıxılmaz vəziyyətdə qoyublar: ya ölüm, ya da ölüm. Bu, bəşəriyyət tarixində misli görünməmiş, beynəlxalq səviyyədə insanlıq əleyhinə törədilən ən qatı cinayətdir. Beynəlxalq təşkilatları İsrail məcbur edir ki, Qəzzadan çıxsınlar. Konkret məqsəd xalqı qırıb Qəzzanı tam işğal etməkdir. Hazırda Həmasın təslim edilməsi üçün müəyyən vaxt verilib. İrana və Türkiyəyə qarşı hərbi planlar hazırlanır. Dünya müharibəsinə demək olar ki, bir addım qalıb. Qəzza ilə bütün əlaqələr kəsilərək əhali təcrid olunmuş vəziyyətdə tamamilə məhv ediləcək. İsrail, beynəlxalq təşkilatların bölgədən qaçması üçün hücumlar təşkil edib, təzyiq göstərib. Qəzzada bir həftə ərzində əhalinin tamamilə məhv edilməsi nəzərdə tutulub. Hazırda beynəlxalq humanitar yardım gəmilərinin təcrid olunaraq digər beynəlxalq təşkilatların Qəzzadan çıxarılması da bu soyqırımına hazırlıq çərçivəsində həyata keçirilib".

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər