00:00:00
Yazar
Admin User
03.08.2025 21:56 125 1 dəq oxuma
Dünya

Braziliya lideri Trampın qərarına əsəbiləşib:

Braziliya lideri Trampın qərarına əsəbiləşib:

Braziliya artıq ABŞ-dən asılı deyil və bütün ölkələrlə əlaqələr qurmağa hazırdır. 


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, bu barədə Braziliya Prezidenti Lula da Silva ABŞ lideri Donald Trampın tətbiq etdiyi rüsumlarla bağlı açıqlamasında deyib.

 

"Bu gün Braziliya əvvəlki kimi ABŞ-dan asılı deyil. İqtisadi nöqteyi-nəzərdən bizim daha çox imkanlarımız var. Başqa ölkələrlə ticarət apara bilməmiz üçün alternativ valyutanın yaradılması zərurətindən əl çəkməyəcəyəm", - deyə o bildirib.


Dövlət başçısı qeyd edib ki, Braziliya ABŞ-la münasibətlərin vacibliyini anlayır, lakin ölkə mühüm məsələlərdə Vaşinqtona təslim olmaq niyyətində deyil.

 

Qeyd edək ki, bir müddət əvvəl Tramp Braziliyaya 50 faizlik gömrük rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. Vaşinqton hesab edir ki, Braziliya hökumətinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün ifrat təhlükə yaradır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər