Braziliya Prezidenti ABŞ-yə reaksiya verib
Braziliya prezidenti Luis Inasiu Lula da Silva, ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan insan haqları hesabatına münasibət bildirib.
“Amerikalı dostlarımız hər dəfə mübahisə başlatmaq istəyəndə, mübarizə aparmaq istədikləri tərəfi ‘şeytan’ kimi göstərməyə çalışırlar. Braziliyada heç kim insan haqlarına hörmətsizlik etmir,” – deyə o, ABŞ Dövlət Departamentinin ölkədə insan haqları vəziyyətinin pisləşdiyi barədə hesabatını şərh edərkən bildirib.
Lula da Silva, Vaşinqtonun ölkənin daxili işlərinə dair ittihamlarını “uydurma” adlandırıb. O vurğulayıb ki, Braziliya hakimiyyəti heç bir ölkə ilə problem yaşamaq istəmir və ölkədə Konstitusiyanı qoruyan müstəqil məhkəmə sistemi mövcuddur.
Anadolu Agency
Ayan Əsgərova