00:00:00
Yazar
Admin User
14.09.2025 18:28 122 1 dəq oxuma
Dünya

Braziliya prezidenti Trampın rüsum siyasətini sərt tənqid edib

Braziliya prezidenti Trampın rüsum siyasətini sərt tənqid edib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Amerika lideri Donald Trampla “açıq dialoqa” başlamaq üçün məqalə yazıb.

 

"İnformator.az" xəbər verir ki, məqalə "The New York Times"da nəşr edilib.

 

Lula da Silva qeyd edib ki, on illərdir ki, aparılan danışıqlarda o, bütün tərəfləri dinləməyi və bütün maraqları nəzərə almağı öyrənib.

 

"Buna görə də mən Tramp administrasiyasının Braziliya məhsullarına 50 faizlik gömrük rüsumunun tətbiqi lehinə irəli sürdüyü arqumentləri diqqətlə öyrəndim", - Braziliya lideri bildirib.

 

Onun sözlərinə görə, ABŞ-nin Latın Amerikası ölkəsi ilə ticarət kəsiri olmadığı və yüksək tariflərlə üzləşmədiyi üçün rüsumların tətbiqi qərarı nəinki yanlış, həm də məntiqsizdir. Bu, siyasi xarakter daşıyır.

 

Lula da Silva həmçinin qarşılıqlı fayda gətirə biləcək hər hansı bir məsələni müzakirə etməyə hazır olduğunu bildirib, lakin “demokratiya və Braziliyanın suverenliyi müzakirə mövzusu deyil”.


İyulun 30-da Tramp Braziliya mallarına əlavə 40% rüsum tətbiq edib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər