00:00:00
Yazar
Admin User
18.09.2025 19:37 105 1 dəq oxuma
Dünya

Britaniya bu addıma hazırlaşır

Britaniya bu addıma hazırlaşır

Fələstinin HƏMAS təşkilatı bir neçə ildir ki, Qəzza zolağında saxlanılan girovlardan canlı qalxan kimi istifadə edir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Britaniyanın Baş naziri Keyr Starmerlə birgə mətbuat konfransında deyib.

 

“Ona görə də mən bu məsələdə (Fələstin dövlətini rəsmən tanımaq – red.) baş nazirlə razı deyiləm. Əslində, bu, aramızda olan bir neçə fikir ayrılıqlarından biridir", - o qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl Britaniyanın “Tayms” qəzeti Böyük Britaniyanın bu həftə sonu Fələstini rəsmən tanıyacağını yazıb. Qəzetin iddiasına görə, Starmer Trampın Böyük Britaniyaya səfərini pozmamaq üçün elanı bu həftənin sonuna qədər təxirə salıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər