00:00:00
Yazar
Admin User
06.07.2025 14:59 119 1 dəq oxuma
Dünya

Britaniya gəmisi Yəmən sahilində hücuma məruz qalıb

Britaniya gəmisi Yəmən sahilində hücuma məruz qalıb

Yəmənin Hodeyda liman şəhərindən 51 dəniz mili cənub-şərqində ticarət gəmisi ilə bağlı insident qeydə alınıb. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə Britaniya Kral Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzinin bəyanatında deyilir.

 

"Gəmi bir sıra kiçik gəmilərin hücumuna məruz qalıb, onlar atıcı silahlardan və əl qumbaraatanlarından atəş açıb",- məlumatda deyilir.


Qeyd olunur ki, gəmidən olan dənizçilər də cavab olaraq atəş açıblar və qarşıdurma davam edir.

 

Hadisənin təfərrüatları araşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər