Britaniya Kralı III Çarlz ABŞ-yə rəsmi səfər edib
Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamilla ABŞ-yə rəsmi səfər ediblər.
"İnformator.az" xəbər verir ki, Ağ Evin Protokol rəhbəri Monika Krouli tərəfindən qarşılanan kral cütlüyü üçün Endryus birləşmiş bazasında rəsmi qarşılanma mərasimi keçirilib.
Qeyd olunur ki, III Çarlz və Kamilla Ağ Evə gedəcəklər, onları ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayacaq. Onların şərəfinə rəsmi qəbul keçiriləcək.
"Bu səfər iki ölkənin ortaq tarixi, o vaxtdan bəri inkişaf edən iqtisadi, siyasi və mədəni əlaqələrin genişliyi və cəmiyyətlərimizi birləşdirən insanlar arasında sıx əlaqələr haqqında düşünmək üçün imkan olacaq", - Britaniyanın ABŞ-dəki Səfirliyinin press-relizində bildirilir.
ABŞ-nin müstəqilliyinin 250 illiyinə təsadüf edən dörd günlük səfər zamanı III Çarlz və Kamilla Vaşinqton, Nyu-York və Virciniyaya səfərlər edəcək, orada Amerika lideri və müxtəlif ictimai təşkilatların nümayəndələri ilə görüşəcəklər.