00:00:00
Yazar
Admin User
21.09.2025 05:47 82 1 dəq oxuma
Dünya

Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başlayıb

Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başlayıb

Britaniya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Polşa üzərində patrul uçuşlarına başlayıb. Bu, NATO-nun “Şərq keşikçisi” missiyası çərçivəsində ölkənin hava məkanının qorunmasına yönəlmiş ilk uçuş olub.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında dərc olunan məlumata görə, missiya bu ay Rusiya pilotsuz uçuş aparatlarının hava məkanını pozmasından sonra alyansın müdafiəsini gücləndirməyə xidmət edir.


Məlumatda bildirilir ki, cümə günü axşam saatlarında Britaniyanın şərqində yerləşən hərbi bazadan qalxan iki "RAF Typhoon" qırıcısı Polşa üzərində patrul uçuşu həyata keçirib. Onların məqsədi Rusiya tərəfindən yarana biləcək hava təhdidlərinin, o cümlədən pilotsuz aparatların qarşısını almaq olub. Təyyarələr şənbə günü səhər tezdən Britaniyaya qayıdıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər