Britaniya Rusiyaya sanksiya tətbiq edib
Böyük Britaniya Rusiyanın enerji sektoruna zərbə vurmaq məqsədilə yeni sanksiyalar paketi açıqlayıb. Sanksiyalar 2024-cü ilin əvvəlindən bu yana qanunsuz şəkildə 24 milyard dollar dəyərində neft daşıyan “kölgə donanması”na məxsus tankerləri hədəfə alır.
Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib ki, bu addım Rusiya Prezidenti Vladimir Putinin “kölgə donanmasını” zəiflətmək və Kremlə mühüm neft gəlirlərinin qarşısını almaq məqsədi daşıyır. Sanksiyalar çərçivəsində iki rus şirkəti – illik 10 milyard dollarlıq yük daşıyan "Intershipping Services LLC" və Lukoil-ə bağlı "Litasco Middle East DMCC" hədəf alınıb.
ANEWZ
Gülhüseynova Güllər