00:00:00
Yazar
Admin User
27.11.2025 16:50 107 2 dəq oxuma
Siyasət

Britaniya Ukraynaya HHM göndərəcək

Britaniya Ukraynaya HHM göndərəcək

Britaniya Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün nəzərdə tutulan yeni raket partiyasını göndərdiyini açıqlayıb.


Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Böyük Britaniya Ukraynanın müdafiəsinə daim dəstək verən, yəni bu məsələdə heç vaxt tərəddüd etməyən çox az saylı dövlətlərdən biridir:

 

“Məhz buna görə də bu addımı atarkən, nə etdiyini yaxşı bilir və Rusiyayla münasibətlərin necə olmasından asılı olmayaraq bu istiqamətdə ən sabit siyasət aparan ölkələrdən biri kimi çıxış edir. Təbii ki, Britaniyanın verdiyi hava hücumundan müdafiə sistemləri Ukraynanın hava məkanının qorunmasında faydalı olacaq.Düzdür, Ukraynanın ərazisi həddindən artıq böyükdür. Ona görə də nə qədər hava hücumundan müdafiə sistemi verilsə belə, Rusiyanın dron və raketləri müxtəlif formalarda zərər vurmağa davam edir. Amma bütün hallarda bu sistemlərin verilməsi, heç olmasa müəyyən qədər, Ukraynanın müdafiəsinə və hava hücumlarının qarşısının alınmasına kömək edəcək. Bu, şübhəsiz ki, müsbət addımdır. Bu addımın Rusiya-Britaniya münasibətlərinə təsirinə gəldikdə isə, münasibətlər onsuz da gərgindir və demək olar ki, tərəflər faktiki olaraq qarşı-qarşıya dayanırlar”.

 

Ekspert həmçinin bunu da qeyd esib ki, bəzən bu savaş Britaniya–Rusiya savaşı kimi də təqdim olunur:


“Yəni, ABŞ, Almaniya, Fransa və digər ölkələrin mövqeyində zaman-zaman tərəddüdlər görünsə də, Britaniya belə tərəddüdlər göstərmir. Hətta belə bir yanaşma da var ki, Ukraynanın Rusiyayla savaşmasında əsas təşəbbüs göstərən ölkələrdən biri də Britaniyadır. Amma burada Britaniya təcavüzə məruz qalan tərəfi, Ukraynanı müdafiə edir. Axı Britaniya Rusiyanı Ukraynaya hücum etməyə sövq etməmişdir. Lakin dediyim kimi, Britaniya Ukraynanı dəstəkləyir və Rusiyanın nə düşünməsindən asılı olmayaraq bu məsələdə heç vaxt tərəddüd etmir. Ümumilikdə bu dəstəyin ümumi vəziyyətə təsirinə gəldikdə düşünürəm ki, hələlik çox ciddi dəyişiklik yaratmayacaq. Çünki hazırda Rusiya hücum edən tərəf kimi daha üstün mövqedədir, Ukrayna isə müdafiədə olduğuna görə yalnız müqavimət göstərə bilir. Hücum edən tərəfin imkanları həmişə daha geniş olur.
Müdafiə tərəfinin daha az resursla döyüşməsi təbiidir. Buna baxmayaraq, bu dəstəyin Ukraynaya faydası əlbəttə ki, var. Lakin qeyd etdiyim kimi, onun müharibə meydanına çox ciddi təsir edəcəyini düşünmürəm”.


Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər