00:00:00
Yazar
Admin User
10.07.2025 10:25 105 1 dəq oxuma
Dünya

Britaniya və Fransa nüvə təhlükəsizliyi üzrə birgə razılaşma imzalayacaq

Britaniya və Fransa nüvə təhlükəsizliyi üzrə birgə razılaşma imzalayacaq

Bu gün Böyük Britaniya və Fransa Avropaya qarşı istənilən ciddi təhlükəyə birlikdə cavab vermək məqsədilə nüvə təhlükəsizliyi sahəsində koordinasiyanı nəzərdə tutan razılaşma imzalamağa hazırlaşır.


"İnformator.az" xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Qeyd olunur ki, hər iki ölkənin nüvə qüvvələri milli nəzarət altında qalacaq, lakin mümkün təhdidlər zamanı onların fəaliyyəti koordinasiyalı şəkildə həyata keçiriləcək.


Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron dövlət səfəri ilə Londondadır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər