00:00:00
Yazar
Admin User
10.09.2025 18:12 130 2 dəq oxuma
Siyasət

Britaniyada sığınacaq axtaranlara milyonlarla funt kompensasiya verilə bilər

Britaniyada sığınacaq axtaranlara milyonlarla funt kompensasiya verilə bilər

 

Britaniyada sığınacaq axtaranlara kompensasiya ödənilməsi məsələsi hökumət qarşısında yeni maliyyə və siyasi çağırışlar yaradıb.La-Manş boğazından qanunsuz yollarla Britaniyaya gələn sığınacaq axtaranların Daxili İşlər Nazirliyinə qarşı qaldırdığı iddialar nəticəsində milyonlarla funt sterlinq kompensasiya ala biləcəyi bildirilir. 

 

Bu mövzu ilə bağlı olaraq siyasi şərhçi Həşim Səhrablı "İnformator.az" a açıqlamasında bildirib ki, Britaniyanın kriteriyalarına uyğun olaraq miqrantlar seçiləcək:

 

"Britaniya əgər miqrantlara qarşı belə əlavə güzəştlərə səbəb olan proqram qəbul edibsə, deməli, bunun arxasında dövlətin maraqlarına uyğun hansısa bir gizli məqamlar yatır. Əgər digər ölkələr kimi Böyük Britaniyada da miqrant problemi yaşasaydı,belə bir qərar verilməzdi.Deməli, biz burda 2 aspektdən yanaşaraq məsələni qiymətləndirməliyik. 1-ci Britaniyada miqrantların qəbulunda nəyə fikir verir? Yaxud da nəyə əsasən qəbul edir? Bunları biz dəyərləndirməliyik. 

Başlıqda görürük ki, hakimiyyət, yəni Britaniya hakimiyyəti qapıları açıb hər kəs gəlsin demir, onların, miqrantlarla bağlı özlərinin də tələbləri vardır. Britaniya miqrant siyasətində düzəliş etmir və yaxud da bu o demək deyil ki, artıq hər kəs dünyanın hər yerindən gəlib Britaniyaya gedəcək və ona miqrant dəstəyi ediləcək,xeyr. Qeydiyyat olacaq, bu qeydiyyatda standartlara uyğun olan və Britaniya hökumətinin baxıb dəyərləndirməsi son ucunda qəbul ediləcəkdir. Əmək bazarında olan boşluqları doldurmağa, ölkəyə digər ölkələrdə yaşayan amma öz bilik- bacarıqlarına uyğun yaxşı şəraiti tapa bilməyən insanlar Britaniyaya gəlsinlər deyə yanaşmaq olar. 2-ci məsələ:Biz bunu artan qlobal təhlükələr fonunda dəyərləndirməliyik".

 

Həmçinin siyasi şərhçi bildirib ki, miqrantlar qeydiyyat vasitəsi ilə götürüləcək:

 

"Britaniya hakimiyyəti almanların və fransızların dövlət olaraq, qlobal müharibələrə hazırlıq görməyə başladığı bir məqamda qəbul edibsə, düşünürəm ki, miqrant siyasətinin arxasında Britaniyanın həm də muzdlu qoşun toplamaq üçün bir plandır.Ola bilər ki, miqrantların gəlişi ilə onların içindən peşəkar hərbçilər yetişdirilsin. Gələcək bir neçə ildə qlobal münaqişələr dinc yolla həllini tapacaq, problemlər uzlaşma ilə həll olunacaq və tərəflər yenə dünya düzəninə dinc şəkildə keçidi təmin edəcəklər yada uzlaşma mümkün olmayacaq. Bir neçə il ərzində dünyanın hər bir nöqtəsində ciddi müharibələrlə qarşılaşa bilərik, bu dünya müharibəsi şəkilində də ola bilər. Faktiki bu gün Avropada Ukrayna müharibəsinin davam etməsi fonunda Rusiyanın ümumi Avropa təhlükəsizliyini təhdid etməsi fonunda və bir neçə gün əvvəl Almaniyanın, Fransanın dövlət olaraq müharibələrə hazırlıq görməsi üçün ilkin zəmin hazırlaması fonunda, İngiltərənin də bu addımının məhz buna hesablandığını da düşünmək olar. Amma əsas məqsəd burada Britaniyanın öz kriteriyalarına uyğun miqrantları cəlb etmək, burada həm əmək bazarındakı boşluqları tənzimləmək, həm də müəyyən mənada köçü təmin etməkdir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər