Britaniyanın ən böyük almaz fırıldağı
Lüks zinət əşyaları satılan mağazanın əməkdaşlarına investorları aldatmaq üçün müştəri kimi poz vermək tapşırılıb.
Bu aldadıcı üsul almaz taciri Vaşi Domingezi biznesini ayaqda saxlamaq üçün investorlardan yeni vəsait cəlb etməyə kömək edib. Lakin onun şirkəti 2023-cü ildə 170 milyon funt sterlinq borcla iflas edib. Həmin investorlar hər şeylərini itirdilər, çünki Vashi pərakəndə şəbəkəsinin vəd etdiyi 157 milyon funt sterlinq dəyərində almaz ehtiyatı sonradan cəmi təxminən 100 min funt sterlinq qiymətləndirildi. Cənab Domingez yoxa çıxıb, amma həm London Metropolitan Polisi, həm də Ciddi Fırıldaqçılıq İdarəsi bu məsələni araşdırmamağa qərar verib.
BBC News
Banuçiçək Məmmədova