00:00:00
Yazar
Admin User
08.08.2025 09:00 65 1 dəq oxuma
Dünya

Bu, artıq ondan asılıdır

Bu, artıq ondan asılıdır

ABŞ Prezidenti Donald Tramp, atəşkəslə bağlı Rusiya Prezidenti Vladimir Putinə verdiyi vaxtın sonuna yaxın nə baş verəcəyi barədə “Bu, artıq ondan asılıdır. Nə deyəcəyini görəcəyik. (İndiyədək) məyus oldum” şərhini verib.


Prezident Tramp, Oval ofisdə keçirdiyi imza mərasimində jurnalistlərin Rusiya-Ukrayna prosesi ilə bağlı suallarını cavablandırıb.


Trampa “Prezident Putinə atəşkəs üçün sabaha qədər verdiyiniz vaxt hələ qüvvədədirmi?” sualı verilib. O isə belə cavab verib: “Bu, artıq ondan asılıdır. Nə deyəcəyini görəcəyik. (İndiyədək) məyus oldum”.


Rusiya lideri Putinin Trampdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsinin vacib olub-olmadığına dair sualına isə ABŞ Prezidenti “Xeyr” cavabını verib və əlavə edib: “Onlar mənimlə görüşmək istəyirlər, mən isə ölümlərin qarşısını almaq istəyirəm”.


Tramp daha əvvəlki açıqlamasında, Moskvada keçirilən ABŞ-Rusiya görüşmələrindən sonra yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalının yüksək olduğunu bildirib.


Ağ Evin mətbuat katibi Karoline Leavitt isə rusların Prezident Tramp ilə görüşmək istədiyini və Trampın həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə görüşə açıq olduğunu qeyd edib.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər