00:00:00
Yazar
Ayan Sədi
01.07.2026 13:16 69 2 dəq oxuma
Gündəm

Bu balı toplayanların işi çətinləşəcək - Ekspertdən açıqlama

Bu balı toplayanların işi çətinləşəcək - Ekspertdən açıqlama

Dövlət İmtahan Mərkəzinin (DİM) 17 mayda əlverişsiz hava şəraiti səbəbindən imtahanda iştirak edə bilməyən bakalavrlar üçün təşkil etdiyi təkrar magistratura imtahanı builki qəbulun nəticələrinə və keçid ballarına ciddi təsir göstərə bilər.

 

 

Bu barədə təhsil eksperti Elçin Əfəndi "İnformator.az"-a açıqlamasında bildirib:

 

 

"17 mayda imtahanda iştirak edə bilməyən bakalavrlar üçün keçirilən təkrar imtahan onlara təxminən bir ay əlavə hazırlaşmaq imkanı yaratdı. Bu amilin nəticələrə təsir etdiyini artıq ümumi statistik mənzərədə də görmək mümkündür. Ümumi nəticələrə baxdıqda, təkrar imtahanda iştirak edənlərin əksəriyyətinin ilk cəhdlə müqayisədə ballarını artırdığı müşahidə olunur”.

 

Ekspert hesab edir ki, builki qəbulda iştirakçı sayının artması da keçid ballarına təsirsiz qalmayacaq.

 

 

"14 iyunda keçirilən imtahanda iştirakçı sayı 15 mini keçmişdi. Son iki ildə magistraturaya qəbul üçün müraciət edənlərin sayının artması, imtahan modelinin bu şəkildə təşkili və əlavə imtahanın keçirilməsi ümumi statistikaya təsir göstərir. Bu isə ixtisaslar üzrə formalaşacaq keçid ballarında da öz əksini tapacaq”.

 

Əvvəlki proqnozlarla müqayisədə vəziyyətin dəyişdiyini deyən Elçin Əfəndi 75 bal həddinin daha ön plana çıxdığını bildirib.

 

"17 may imtahanının nəticələrinə əsasən hesab edirdik ki, əsas rəqabət 45-70 bal intervalında olacaq. Lakin hazırkı nəticələr göstərir ki, artıq daha əlverişli mövqedə olanlar 75 və daha yuxarı bal toplayan bakalavrlardır. Dövlət sifarişli yerlərə qəbul şansı əsasən bu bal intervalında daha yüksək görünür”.

 

 

75 baldan aşağı nəticə göstərənlər üçün isə müsabiqənin daha gərgin keçəcəyini deyən ekspert MBA yönümlü ixtisaslarda artım gözlədiyini vurğulayıb.

 

İmtahanların çətinlik səviyyəsinə də toxunan Elçin Əfəndi bildirib ki, birinci cəhddə ən çox narazılıq məntiq fənni ilə bağlı idi. Təkrar imtahanda isə informatika fənninin nisbətən çətin olduğu qeyd olundu. Bununla belə, ümumi nəticələr göstərir ki, builki magistratura qəbulunda balların yüksəlməsi ehtimalı daha yüksəkdir.

 

Təhminə Abdurəhimova

 

#yeni #işi #ekspertdən #çətinləşəcək #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər