00:00:00
Yazar
Admin User
08.10.2025 18:51 126 1 dəq oxuma
Siyasət

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır

Prezident İlham Əliyev bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İtaliya Azərbaycan arasında münasibətlərin yüksək səviyyədədir:


Siyasi, iqtisadi, təhlükəsizlik, artıq mədəni, humanitar təhsil sahəsində də əlaqələr yüksək səviyyədədir. Azərbaycan prezidentinin İtaliyaya səfəri və İtaliyanın prezidentinin Azərbaycana səfəri iki dövlət arasında yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Amma buna baxmayaraq, İtaliya təbii ki, Azərbaycanın strateji tərəfdaşdır. Cənubi Qaz dəhlizinin çəkilməsində Azərbaycana böyük töhfə verib. İtaliya Azərbaycan arasında 16 milyarddan artıq ticarət dövriyyəsi var. İtaliya Azərbaycan məktəbi də açıldı və bu xalqlar arasında mədəni, təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək. İtaliya təbii ki, böyük İtaliyaya daxil olan iqtisadi siyasətlər, söz sahibi ölkədir. Avropa Birliyinin üzvüdür və Azərbaycana daim böyük siyasi dəstək verir və hesab edirəm ki, bundan sonra da eyni siyasəti həyata keçirilir və təbii ki, Azərbaycan, İtaliya kimi böyük bir strateji tərəfdaş olması Azərbaycanın beynəlxalq siyasətdə təşkilatlar Azərbaycana dəstəyinin verilməsinə gətirib çıxarır”.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər