00:00:00
Yazar
Admin User
05.09.2025 17:33 99 2 dəq oxuma
Siyasət

Bu halda NATO qoşunlarına hücum edəcəyik

Bu halda NATO qoşunlarına hücum edəcəyik

“NATO qoşunları Ukraynada görünsələr, Rusiya ordusu üçün qanuni hədəflər olacaq. Ukraynada sülh əldə olunduqdan sonra isə orada Qərb qoşunlarının yerləşdirilməsinə ehtiyac qalmayacaq”, - Putin bildirib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a bildirib ki, NATO ölkələrinin bu təklifə qarşı ata biləcəyi addım Ukrayna ərazisində qoşunlarını yerləşdirməkdir:

 

"NATO dünyanın ən böyük hərbi bloklarından biridir və o, Rusiyanın qarşısında qorxub, çəkinəcəksə, deməli, onun gücü və nüfuzu qalmayacaq. Digər tərəfdən, Ukrayna ərazisində NATO qoşunlarının yerləşdirilməsi Rusiyaya əsas vermir. Rusiyanın nə hüquqi, nə də siyasi baxımdan səlahiyyəti yoxdur ki, həmin qoşunları özünə hədəf seçsin. Ukrayna suveren dövlətdir və öz ərazisində hansısa dövlətin qoşunlarını yerləşdirə bilər. Rusiyanın buna mane olmağa və ya bunu bəhanə edərək onları vurmağa ixtiyarı yoxdur. Vuracaqsa, yəqin ki, NATO da cavabını verəcək. Onda Rusiya NATO kimi güclü bir blokla üz-üzə gəlmək məcburiyyətində qalacaq. Məncə, burada zəif tərəfin kim olduğu bəllidir. Ukraynada sülh əldə olunduqdan sonra Qərb qoşunlarının yerləşdirilməsinə ehtiyac qalmayacağı məsələsi əslində bir manipulyasiyadır. Qərbdə və Şərqdə hamı bilir ki, Ukraynada sülh gerçəkləşmir. Çünki Rusiya oranı işğal etməkdən imtina etmir. Bu, sadəcə olaraq bir yayındırmadır. Məhz sülh olsun deyə həmin qoşunların oraya gəlməsi şərtdir. Əgər o qoşunlar gələrsə, bəlkə o halda Rusiya onlardan çəkinər və geri qayıdar. Sülhün ən böyük qarantı NATO qoşunlarının Ukraynada yerləşməsidir. Bəyanat isə bir tərəfdən qorxudur, təhdid edir, digər tərəfdən çəkindirir".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər