00:00:00
Yazar
Güllər Gülhüseynova
13.08.2026 21:18 24 1 dəq oxuma
İqtisadiyyat

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

2026-cı ilin yanvar-iyul aylarında neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 33,6 faiz artaraq 3 milyard 708,6 milyon manat olub.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli  “İnformator.az”a açıqlamasında bildirib ki, investisiyaların artmasına baxmayaraq, neft sektorunda azalma müşahidə olunur:

 

“Azərbaycanda neft hasilatı azalır, neftin ümumi daxili məhsuldakı payı da aşağı düşür. Ümid edək ki, bu investisiyalar gələcəkdə hasilatın azalmasının qarşısını almağa imkan verəcək. Yəni investisiyalar hesabına gələcəkdə hasilatın daha sürətlə azalmasının qarşısı alınacaq və ən azı hasilatın stabilləşməsi mümkün olacaq. Bu baxımdan, investisiyaların gələcək üçün fayda gətirə biləcəyini düşünmək olar. Hazırda neft-qaz sektorunun ölkə iqtisadiyyatındakı payı əvvəlki dövrlərlə müqayisədə daha kiçikdir. Təbii ki, neft və qaz qiymətlərindəki dəyişikliklər investorlara təsir edir. Lakin investorlar qərarlarını gündəlik qiymət dəyişikliklərinə əsasən vermirlər. Onlar daha uzunmüddətli qiymət proqnozlarını nəzərə alırlar. Məsələn, bir, üç və ya beş aylıq qiymət dəyişiklikləri investisiya qərarlarının qəbulu üçün əsas amil deyil. Çünki üç aydan sonra qiymətlər yenidən dəyişə bilər. İnvestor isə 10, 20, hətta 30 il sonrakı perspektivi nəzərə alır. Buna görə də qiymət dəyişikliklərinin təsiri var, amma söhbət gündəlik, həftəlik və ya aylıq dəyişikliklərdən deyil, uzunmüddətli tendensiyalardan gedir”.

 

Güllər Gülhüseynova

#xəbər #faizi #ötüb #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər