00:00:00
Yazar
Səadət Əlizadə
04.05.2026 18:52 16 1 dəq oxuma
Sosial

Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirilib

   

 

Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 74 əmək yarmarkası təşkil olunub.

 

"İnformator.az" xəbər verir ki, bu aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 643 işəgötürən tərəfindən 4715 vakansiya təqdim edilib, həmin vakansiyalara dair tələblər barədə məlumat verilib.

 

Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunublar.

 

Tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və bu proqramlara müraciət proseduru barədə məlumatlandırılıb.

#gündəm #xəbər #paytaxt #yeni #keçirilib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər