00:00:00
Yazar
Admin User
30.07.2025 19:58 134 1 dəq oxuma
Dünya

Bu, insanlar üçün davamlı təhlükədir

Bu, insanlar üçün davamlı təhlükədir

Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, bunu Prezident Administrasiyasının şöbə müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X hesabında yazıb.

 

O qeyd edib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub:

 

“Şükürlər olsun ki, Azərbaycan hərbi həkim briqadasının çevik müdaxiləsi ona təcili tibbi yardım göstərilməsini təmin edib. Onun həyatı artıq təhlükə altında deyil”.

 

Eyni zamanda bildirib ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan vətəndaşı və hərbçisi Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub.


Bundan başqa o vurğulayıb ki, yerin altında basdırılan minalar torpağın eroziyasına səbəb olur və yerli bitki örtüyünü də məhv edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər