Bu ölkə də ABŞ-İran danışıqlarına ev sahibliyi etmək istəyir
İsveçrə ABŞ ilə İran arasındakı mübahisəni həll etmək üçün danışıqlara ev sahibliyi etməyə hazırdır.
"İnformator.az" xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Melani Qogelmann TASS-a müsahibəsində deyib.
"İsveçrə sülhün təmin edilməsinə yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazırdır və Xarici İşlər Nazirliyimiz bütün tərəflərlə əlaqə saxlayır", - o əlavə edib.