00:00:00
Yazar
Admin User
28.08.2025 12:50 73 1 dəq oxuma
Dünya

Bu ölkə “Kalaşnikov”dan imtina edir

Bu ölkə “Kalaşnikov”dan imtina edir

Finlandiya ordusu “Kalaşnikov” bazasına malik 5,56 və ya 7,62 mm kalibrli avtomatları Qərb analoqları ilə əvəz etməyə hazırlaşır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Yle” kanalı məlumat yayıb:

 

“Finlandiya ordusu “Kalaşnikov” avtomatlarından Qərbdəki analoqlara keçməyə hazırlaşır”.

 

Qeyd olunub ki, Finlandiyanın atıcı silah istehsalçısı “Sako” şirkəti sovet AK-47 bazasında yaradılmış 62 və 95 modellərini əvəz edəcəyi gözlənilən yeni “Sako ARG” avtomatik tüfənginin ilk nümunələrini yayımlayıb:

 

“Tüfəng 5,56 mm və ya 7,62 mm kalibrli üç modifikasiyada istehsal olunacaq. Kalibr ölçüsü ilə bağlı yekun qərar payızda veriləcək, ilk sınaqları isə yazda keçiriləcək. Yeni silahlara keçid Finlandiya quru qoşunları üçün genişmiqyaslı modernləşdirmə proqramının bir hissəsidir”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər