Bu ölkədə dəhşətli meşə yanğını baş verib
Sinopun Osmaniye bölgəsində meşəlik ərazidə axşam saatlarında başlayan yanğın qorxulu olub. Yanğın zamanı 2 hektar ərazi yanıb.
Sinopda meşə sahəsində baş verən yanğın qorxulu olub.
Yanğın saat 16.45-də Osmaniye bölgəsinin Eski Değirmen bölgəsində baş verib. Əldə edilən məlumata görə, N.U adlı vətəndaşın bağçasına tökdüyü soba külündən başlayan yanğın küləyin təsiri ilə ağaclara keçib. Yanğın hadisə yerinə sövq edilən Sinop Bələdiyyəsi yanğınsöndürmə briqadası və Meşə Region Müdirliyi qrupları tərəfindən söndürülüb. Yanğın zamanı təxminən 2 dekar ərazi zərər görərkən, hadisə ilə bağlı araşdırma başladılıb.
Gündüz saat 11:00 radələrində sobanın külünü tökdüyünü bildirən N.U, “Saat 11:00-da qalxıb ocaqdan kül tökdüm. Yandı və yanmağa başladı. Ağaclara gedəcəyini bilmirdim. Bu vaxt oğlum gəldi. Yanğın bütün yolu keçdi. Evdə uşaqlar var idi. Ağlayıb dua edirdim ki, ev yanmasın" dedi.
Vüqar Alışov
Mənbə: Haber global
