00:00:00
Yazar
Admin User
29.01.2024 18:50 350 1 dəq oxuma
Dünya

Bu ölkədə yağış səbəbindən avtomobil idarəetmədən çıxaraq yerüstü keçidə çırpılıb!

Bu ölkədə yağış səbəbindən avtomobil idarəetmədən çıxaraq yerüstü keçidə çırpılıb!

İstanbul Kartalda yağışın yaratdığı yaş zəmində idarəetmədən çıxan avtomobil yol kənarındakı estakadanın beton dirəklərinə çırpılıb. Dəhşətli qəzada avtomobildə olan 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

 

Qəza, saat 04:00 radələrində Esenkent Məhəlləsi, D-100 kənar yolunda meydana gəldi. İddialara görə, Ankara istiqamətində hərəkətdə olan və sürücüsü məlum olmayan 34 CKM 433 nömrə nişanlı avtomobil yağışın yaratdığı yaş zəmində sürücüsünün idarəetməsindən çıxaraq yol kənarındakı estakadanın beton dirəklərinə çırpılıb. Qəzada avtomobildən atılan şəxs yerüstü piyada keçidinin beton dirəklərinə çırpılaraq ağır yaralanıb, avtomobildə olan digər şəxs isə dünyasını dəyişib.

 

Xəbər verildikdən sonra hadisə yerinə xilasedicilər, polis və sağlamlıq qrupları göndərilib. Hadisə yerinə gələn tibb qrupları avtomobildən düşərək yerüstü keçidin beton dirəklərinə dəyən şəxsə müdaxilə edib. Yaralı xərəyə taxılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Sağlamlıq qrupları tərəfindən aparılan yoxlamadan sonra metal yığınına çevrilən avtomobildə olan şəxsin öldüyü müəyyən edilib.

 

Xilasetmə qrupları avtomobildə sıxışaraq həyatını itirən şəxsi çıxarmaq üçün iş aparıb. Uzun sürən işlərdən sonra avtomobildən çıxarılan şəxsin meyiti Ədliyyə Tibb Təşkilatının morquna aparılıb. Polis qəza ilə bağlı araşdırma başladıb.

 

Vüqar Alışov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər