00:00:00
Yazar
Admin User
14.02.2024 18:03 369 1 dəq oxuma
Dünya

Bu ölkənin hava limanında iki həftədə 3 qəza baş verib

Bu ölkənin hava limanında iki həftədə 3 qəza baş verib

Norveçin Gardermoen şəhərindəki Oslo hava limanında iki həftədə 3 qəza olub.

 

Oslo hava limanında son qəzada Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsinin sol qanadı çıxış qapısındakı hasara çırpılıb. Təyyarəyə cüzi ziyan vuran qəzada xəsarət alan olmayıb. Oslo Hava Limanının sözçüsü Monika İren Fasting açıqlamasında hava limanında son üç qəzadan ikisinin eyni çıxış qapısında baş verdiyini və bu yerin hadisələrdən sonra bağlandığını bildirib. Fevralın 2-də İsveçin paytaxtı Stokholma uçan Norveç Hava Yollarına məxsus təyyarə eyni qapıda hasara çırpılıb. Daha sonra fevralın 13-də isə Norveçin Kristiansand şəhərinə gedən təyyarə digər başqa təyyarə ilə toqquşub və qanadı qırılıb.

 

Aytac Kərimova 

Mənbə: Habertürk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər