00:00:00
Yazar
Cavahir Əsgərbəyli
08.05.2026 15:01 27 1 dəq oxuma
Sosial

Bu qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – Cədvəl

Bu qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək – Cədvəl

Dərnəgül stansiyasının fəaliyyətə başlaması ilə qatarlar Bakı-Xırdalan-Bakı istiqaməti üzrə yenilənmiş qrafiklə hərəkət edəcək.

 

Bu barədə "İnformator.az" a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

Qeyd edək ki, Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və mərkəzdə yüklənmənin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb. Belə ki, 08 may 2026-cı il tarixindən Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib.

 

Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edir.

 

Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edir.

#hərəkət #qrafiklə #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər