00:00:00
Yazar
Cavahir Əsgərbəyli
29.04.2026 15:59 14 1 dəq oxuma
Dünya

Bu ərəb ölkələri İran məktəblərini bağlayıb

Bu ərəb ölkələri İran məktəblərini bağlayıb

Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə yeddi məktəb bağlanıb, şagirdlər distant təhsilə keçib.

 

"İnformator.az" xəbər verir ki, bunu İran Təhsil Nazirliyinin sözçüsü Əli Fərhadi deyib.

 

“Bəzi şagirdlər təhsillərini Omandakı İran məktəblərinin nəzarəti altında davam etdirəcək, digərləri isə birbaşa İran məktəblərindən onlayn təhsil alacaq”, - o bildirib.

 

Fərhadi BƏƏ-nin təxminən 2500 iranlı şagirdin qovulmasına səbəb olan hərəkətlərini tənqid edib:

 

“Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrdəki İran məktəbləri hazırda onlayn fəaliyyət göstərir və tədris ili virtual formatda başa çatacaq”.

 

#məktəblərini #i̇ran #gündəm #bağlayıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər