Bu şəxs kriptovalyuta fırıldaqçılığına görə 25 il həbs cəzasına məhkum edildi
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan FTX-in qurucusu Sam Bankman-Fried, müştəriləri və investorları aldatdığına görə 25 il həbs cəzasına məhkum edildi.
Bankmen-Frid investorlara və kreditorlara yalan danışmaqda və milyardlarla dollarlıq kriptovalyuta oğurlamaqda təqsirli bilinib. Onun vəkilləri cəzanın 6,5 ilə məhdudlaşdırılmasının lazım olduğunu müdafiə etdilər. Məhkəmədə çıxış edən Bankman-Fried investorlardan və işçilərdən üzr istəyib. Şöhrətinin pik dövründə o, idman və əyləncə dünyasının məşhur adları ilə səyahət edir və texnologiya dahisi imici ilə investorları FTX-ə cəlb edirdi. Hakim, Lyuis Kaplan Bankman-Friedin iş zamanı davranışını sərt ifadələrlə tənqid edib və Kaplan Bankman-Fried-in ifadəsində yalan danışdığını və ona əmanət edilən pulları başqa məqsədlər üçün istifadə etdiyinin məlum olaraq "Bunun cinayət olduğunu bilirdi" - deyə bildirdi. Hakim,32 yaşlı keçmiş kripto-milyarderin çoxlu sayda investorun itkisinə səbəb olmasına baxmayaraq, “bircə dənə də olsa peşmançılıq sözü” işlətmədiyini söylədi. Mövcud qanunlara görə, Bankman-Fried 100 ilə yaxın həbs cəzasına məhkum edilə bilərdi.
Aytac Kərimova
Mənbə: BBCNews
