00:00:00
Yazar
Admin User
23.09.2025 04:29 60 1 dəq oxuma
Dünya

Bu şəxslər üçün Azərbaycan və Surinam arasında viza rejimi ləğv edilib

Bu şəxslər üçün Azərbaycan və Surinam arasında viza rejimi ləğv edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Surinamın xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouva ilə görüşüb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub.

 

Görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti (rəsmi) pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş" imzalanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər