00:00:00
Yazar
Admin User
08.09.2025 18:46 124 1 dəq oxuma
Dünya

Bu, Türkiyəyə 50 milyard dollar qazandıracaq

Bu, Türkiyəyə 50 milyard dollar qazandıracaq

Akkuyu AES-in istifadəyə verilməsi Türkiyənin ümumi daxili məhsuluna (ÜDM) 50 milyard dollarlıq qatqı verəcək.


"İnformator.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Dövlət başçısının sözlərinə görə, AES işə başlayanda 35 milyon ton karbon emissiyasının qarşısını alacaq ki, bu da milyardlarla dollara qənaət etməyə imkan verəcək.


"Atom elektrik stansiyasının tikintisinə qarşı çıxmaq, əgər bu, cahilliyin nəticəsi deyilsə, yalnız bəd niyyətlə izah edilə bilər. Belə məhdud düşüncənin nə ölkəyə, nə də xalqa heç bir faydası olmayacaq", - Ərdoğan vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər