00:00:00
Yazar
Admin User
09.08.2025 06:52 100 1 dəq oxuma
Dünya

Bu tarixi hadisə Cənubi Qafqazda...

Bu tarixi hadisə Cənubi Qafqazda...

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına və sülh müqaviləsi mətninin paraflanmasına dəstəyini ifadə edib.

 

"İnformator.az" xəbər verir ki, baş katib bu barədə sosial şəbəkə hesabında yazıb.


K. Ömüraliyev həmçinin Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun, onunla əlaqəli strukturların işinin başa çatdırılması ilə bağlı birgə müraciətinə qəti dəstəyini bildirib:

 

“Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın təmin edilməsi yolunda əhəmiyyətli addımı təmsil edir”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər