Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin təkbətək görüşü başlayıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyyarto ilə təkbətək görüşü başlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı nazirlərin ikitərəfli münasibətlərin mövcud vəziyyətini dəyərləndirməsi, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə etməsi və Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının daha da gücləndirilməsinə sadiqliyi bir daha vurğulaması gözlənilir.