"Bunlar hələ də ciddi problem kimi qalmaqdadır"
Amerika qoşunları keçid dövründə İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməyi planlaşdırır.
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli "İnformator.az"a açıqlamasında bildirib ki, gözlənilən bu idi ki, ABŞ qoşunları Qəzzaya yerləşdirilsin, HƏMAS silahsızlaşdırılsın və Qəzza–Fələstin məsələsi bir dəfəlik, köklü şəkildə həll olunsun:
"200 nəfərlik heyətin fəaliyyətinə hansı beynəlxalq-hüquqi əsaslarla icazə veriləcəyi məsələsində isə realist baxışa ehtiyac var. O realist baxışda da əsas məqam budur ki, Amerika özü qlobal qanun deməkdir. Çünki sərt gücə əsaslanır və həmin güc üzərindən də hər şeyi qanunlaşdırmağı bacarır.
Türkiyə, Misir, Qətər və BƏƏ bir növ sülhyaradıcı, öhdəlik və məsuliyyət daşıyan tərəflərdir. Çünki risk amili çox yüksəkdir. Əvvəla, HƏMAS-ın qəbul etdiyi şərtləri digər radikal qruplaşmalar qəbul edəcəkmi sualı var. İkincisi, bu proses Netanyahu kabinetini dağıda bilər. Çünki koalisiyadakı digər radikal ortaq qüvvələr HƏMAS ilə hər hansı razılaşmanın əleyhinə idi.
Bunlar hələ də ciddi problem kimi qalmaqdadır".
Gülay Səlifova
