Burhanəddin Duran: Türkiyə-Almaniya münasibətlərində yeni mərhələ
Türkiyənin Kommunikasiya rəhbəri Burhanəddin Duran bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Fridrix Mersin görüşü iki ölkə münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır. O qeyd edib ki, ticarət dövriyyəsinin 50 milyard dollardan 60 milyarda yüksəldilməsi və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi gələcək üçün strateji imkanlar yaradır. Duran əlavə edib ki, görüş həm iqtisadi, həm də regional əməkdaşlıq baxımından önəmlidir.
Prezident Ərdoğan isə Qəzzədə baş verən faciənin təkrarlanmaması və davamlı sülhün təmin olunması üçün iki dövlətli həllin vacibliyini bir daha vurğulayıb. Onun sözlərinə görə, bu mövqe həm humanitar, həm də regional sabitlik baxımından Türkiyənin prinsipial siyasətini əks etdirir və ölkənin diplomatik yanaşmasını təsdiqləyir.
TRT haber
Mələk Hüseynova