Burning Man festivalında kişi ölü tapılıb
ABŞ-nin Nevada ştatında, Black Rock səhrasında keçirilən məşhur Burning Man festivalı zamanı bir nəfər ölü tapılıb.
Pershing County Şerif İdarəsinin məlumatına görə, şənbə axşamı festivalın ənənəvi mərasimi – nəhəng taxta fiqurun yandırılması zamanı kişi “qan gölündə” aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisəni ehtimal olunan qətl kimi araşdırır. Hadisə yerli vaxtla saat 21:14 radələrində baş verib. Şahidlərin dediyinə görə, ölən şəxsin şəxsiyyəti hələlik məlum deyil. Festivalın təşkilatçıları bildiriblər ki, onlar araşdırmaya tam dəstək verirlər və iştirakçılara psixoloji yardım da göstərilir. Burning Man festivalı hər il minlərlə insanı cəlb edir və sərbəst yaradıcılığı, musiqini və sənəti bir araya gətirən məşhur tədbir hesab olunur.
AP News
Ayşə Müzəfərli