00:00:00
Yazar
Admin User
05.09.2025 06:19 88 1 dəq oxuma
Dünya

Bursada 300 min ədəd narkotik maddələr ələ keçirilib

Bursada 300 min ədəd narkotik maddələr ələ keçirilib

Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, Bursada keçirilən əməliyyat zamanı 300 min ədəd narkotik maddələr və 48 kiloqram narkotik xammalı ələ keçirilib, saxlanılan 3 şübhəlidən 2-si həbs olunub.


Yerlikaya sosial media hesabında açıqlayıb ki, Bursa İl Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində Orhanzidə zəhər tacirlərinə qarşı tədbir keçirib.


Əməliyyat çərçivəsində 300 min ədəd narkotik maddə və 48 kiloqram xammal götürülüb. 3 şübhəli saxlanılıb.Onlardan 2-si məhkəmənin qərarı ilə həbs olunub, 1 nəfər barəsində məhkəmə nəzarəti tətbiq edilib.


Bursa Valiliyi, Bursa Respublika Prokurorluğu, Polis Baş İdarəsi Narkotiklərlə Mübarizə Baş İdarəsi, Bursa İl Polis İdarəsi və əməliyyata qatılan polis əməkdaşlarını təbrik edən Yerlikaya deyib:
“Gənclərimizin gələcəyini və arzularını zəhər tacirlərinə buraxmayacağıq.”


TRT HABER
Şehrin Musayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər