00:00:00
Yazar
Admin User
23.09.2025 16:08 80 1 dəq oxuma
Dünya

Bursada ev yanğınında 3 nəfər ölüb

Bursada ev yanğınında 3 nəfər ölüb

Bursanın Karacabey rayonunda çoxmərtəbəli binada baş verən yanğında biri uşaq olmaqla 3 nəfər həyatını itirib.


Hadisə Səadət məhəlləsində yerləşən 4 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb. Naməlum səbəbdən başlayan alov qısa müddətdə böyüyərək bütün mənzili əhatə edib.


Xəbər verildikdən dərhal sonra əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Alov yanğınsöndürmə qruplarının müdaxiləsi ilə söndürülüb.


Yanğın nəticəsində BK, MA və HEÇ həyatını itirib. Meyitlər prokurorluğun araşdırmasından sonra Bursa Məhkəmə-Tibb İnstitutunun morquna aparılıb.


TRT XƏBƏR
Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər