“Bəzi Avropa liderləri” ABŞ-yə səfər edəcəklər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası Rusiyaya qarşı tariflərin tətbiqində ikinci mərhələyə keçməyə hazırdır. Bu qərar Rusiyanın Ukraynaya qarşı ən böyük hava hücumundan sonra açıqlanıb.
Tramp jurnalistlərə bazar günü deyib ki, Avropa liderləri Ukraynada müharibənin dayandırılmasını müzakirə etmək üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ-yə səfər edəcəklər. “Bəzi Avropa liderləri bazar ertəsi və ya çərşənbə axşamı ayrıca olaraq ölkəmizə gələcəklər”, – deyə Tramp bildirib, lakin Atlantikanı keçərək səfərə çıxacaq dövlət başçılarının adlarını açıqlamayıb.
Ağ Evin rəhbəri həmçinin “tezliklə” Rusiya Prezidenti Vladimir Putinlə danışacağını bildirib və onun administrasiyasının Moskvaya qarşı “ikinci mərhələ” sanksiyalarına keçməyə hazır olduğunu vurğulayıb.
Euronews
Fatimə Heydərova