Çaputoviçdən Putin proqnozu
“ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında Alyaskada görüş dönüş nöqtəsi ola bilər”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Polşanın keçmiş xarici işlər naziri Yaçek Çaputoviçdən deyib.
“Putin artıq uğur qazanıb. Alyaska danışıqlarının nəticəsindən asılı olmayaraq, beynəlxalq təcriddən simvolik çıxışdan ən çox faydalanan Rusiya prezidentidir.
Üstəlik, görüşün təkcə siyasi deyil, həm də tarixi əhəmiyyəti ola bilər. Vladimir Putin beynəlxalq təcriddən çıxacaq və dünyanın ən böyük gücü Donald Trampın tərəfdaşına çevriləcək. Bu, vəziyyəti dəyişdirəcək”, - keçmiş xarici işlər naziri bildirib.