Çeçen döyüşçü UFC-nin tarixinə keçib
Rusiyalı MMA döyüşçüsü Baysanqur Susurkayev UFC-də debüt döyüşünü keçirəcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Dana Uayt sosial şəbəkə hesabında məlumat yayıb.
Avqustun 13-də çeçen idmançı Uaytın "İddiaçılar Seriyası"nda bəhreynli Murtaza Talha Əlini ilk raundda nokaut edib və UFC ilə müqavilə imzalayıb.
İndi Baysanqur Susurkayev avqustun 17-də ABŞ-nin Çikaqo şəhərində keçiriləcək UFC 319 turnirində amerikalı Erik Nolanla döyüşəcək.