00:00:00
Yazar
Admin User
01.09.2025 19:21 138 1 dəq oxuma
Dünya

Çexiyanın keçmiş baş naziri hücuma məruz qalıb

Çexiyanın keçmiş baş naziri hücuma məruz qalıb

Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif ANO siyasi hərəkatının seçki mitinqində hücuma məruz qalıb. 


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Martin Vodiçku məlumat yayıb.

 

O bildirib ki, mitinqdə naməlum şəxs Babişin başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra siyasətçi xəstəxanaya gedib və orada ona tibbi yardım göstərilib.


Babiş rentgen müayinəsindən keçib, lakin onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər