00:00:00
Yazar
Admin User
09.09.2025 14:56 107 1 dəq oxuma
Siyasət

Ceyhun Bayramov Aİ nümayəndəliyinin yeni təyin olunmuş rəhbərini qəbul edib

Ceyhun Bayramov Aİ nümayəndəliyinin yeni təyin olunmuş rəhbərini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyunciçi qəbul edib.

 

Bu barədə "İnformator.az" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən bildirib.

 

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı ilə əlaqədar məktubu nazir Ceyhun Bayramova təqdim edib.

 

Ceyhun Bayramov Mariyana Kuyunciçi təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

 

Görüş zamanı Azərbaycan-Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər