00:00:00
Yazar
Səadət Əlizadə
28.04.2026 19:53 21 1 dəq oxuma
Siyasət

Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb

Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb

Aprelin 28-də xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Saeed Bin Mubarak Al Hajerinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, görüş zamanı, Azərbaycan ilə BƏƏ arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə olunub.

 

Tərəflər siyasi dialoqun yüksək səviyyəsini məmnunluqla qeyd edərək, iqtisadiyyat, ticarət, investisiyalar, enerji (o cümlədən bərpa olunan enerji), nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

#ceyhun #xəbər #görüşüb #azərbaycan #naziri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər