00:00:00
Yazar
Admin User
08.07.2025 19:09 138 1 dəq oxuma
Dünya

Ceyhun Bayramov həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov həmkarı ilə telefonla danışıb

 

Xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.


"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Telefon danışığı zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşü çərçivəsində iki ölkə liderləri arasında görüş zamanı aparılmış müzakirələrdən irəli gələn məsələlər, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.


Regional məsələlərlə bağlı Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı davam etdiricəyinə dair həmfikirlik ifadə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər