00:00:00
Yazar
Admin User
27.11.2025 17:25 279 2 dəq oxuma
Siyasət

Ceyhun Bayramov İtaliya səfərinin əhəmiyyətindən yazıb

Ceyhun Bayramov İtaliya səfərinin əhəmiyyətindən yazıb

Azərbaycanla İtaliya arasında müxtəlif sahələr üzrə fikir mübadiləsi aparılıb.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İtaliya və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur, səfirliklər fəaliyyət göstərir:


“Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlıq var. Enerji sahəsində uzunmüddətli əməkdaşlıq, xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol mühümdür. Bununla yanaşı, ikitərəfli münasibətlərdə böyük əhəmiyyətə malik Azərbaycan-İtaliya Universitetinin təsis edilməsi strateji tərəfdaşlığa əlavə təkan verir. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb, yəni bu göstərici 9 milyard ABŞ dolları səviyyəsində olub. 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub”.

 

Əlavə olaraq politoloq bildirib ki, Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür:

 

“Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Sıxlaşan əlaqələr Azərbaycanın Avropa üçün dəyərini artırır və əhəmiyyətli bir ölkə olaraq bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafını labüdləşdirir. Xarici İşlər Naziri Ceyhun Bayramovun İtaliya səfərinin nəticələri də bu əlaqələrin inkişafının sürətləndiyini, möhkəmləndiyini göstərir. Enerji, iqtisadiyyat, rabitə, mədəniyyət, təhsil və çoxtərəfli platformalar sahəsində əməkdaşlıq da daxil olmaqla, strateji tərəfdaşlığın dinamik inkişafı barədə fikir mübadiləsinin aparılması yaxın gələcəkdə İtaliya və Azərbaycan arasında diplomatik, iqtidadi, ticari, təhsil və digər mühüm sahələrdə daha yüksək səviyyədə əlaqələrin inkişafını görəcəyik. İtaliya ilə bu münasibətlərin inkişafı Azərbaycanın digər Avropa ölkələri ilə də daha yaxından tərəfdaşlıq planlarının həyata keçməsində rol oynayacaq”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər