Ceyhun Bayramov Türkiyə ərazisinə növbəti raket hücumunu qınayıb
Martın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.
Nazir Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş Türkiyəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.